fbpx

Azərbaycanda quşçuluq məhsullarının ixracını necə sürətləndirmək olar?

BEY.AZ informasiya agentliyi xəbər verir


Dünyadakı epizootik vəziyyətə uyğun olaraq ölkəmizdə də müvafiq tədbirlər görülür. Belə ki, bir çox ölkələrdən idxal olunan quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub. Bundan əlavə, Azərbaycan quşçuluq sahəsində idxalı əsasən Ukrayna, Rusiya və Belarusdan həyata keçirirdi. Lakin mövcud müharibə səbəbindən artıq idxal həmin ölkələrdən yerinə yetirilmir.

Bəs ölkəmizdə quşçuluq məhsullarının idxaldan asılılığını azaltmaq üçün hansı tədbirlər görülür?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Metbuat.az-a bildirib ki, Azərbaycanda kifayət qədər infrastruktur var və quşçuluq sahəsi inkişaf edə bilər:

Oxu.az - Eyyub Hüseynov: “İcra Hakimiyyətinin göstərişi mağaza sahibinin  hüququnun pozulmasıdır” - VİDEO

Eyyub Hüseynov

“Quş əti və quşçuluq məhsulları ilə Azərbaycan özünü təmin edə bilər. Bunun üçün böyük quşçuluq fabrikləri var və bu infrastruktur kifayət qədər inkişaf edib. Lakin problem ondadır ki, bunlara dəstək verilməlidir. Dəstək də yemlərin hökumət vergisindən, bir çox mövcud rüsumlardan azad olunmasıdır.

Azərbaycan bazarı dünya bazarına inteqrasiya etmiş bazardır. Dövlət yalnız gömrükdən istifadə edib idxal quşçuluq məhsullarına baryerlər qoya bilər. Yerli quşçuluq fabriklərinin inkişafı üçün bu addım atılmalıdır. Düşünürəm ki, Qida Təhlükəsizliyi Agentliyi də məhsulların keyfiyyəti məsələsinə də xüsusi diqqət yetirməlidir.

Bir də qeyd edim ki, Azərbaycanın quşçuluq məhsullarına idxaldan tam asılılığını tam sıfıra endirmək olar, lakin xaricdən gətirilən mallara tam qadağa qoyula bilməz. Bu, aydın məsələdir. Sadəcə qiymət fərqi yaratmaqla bazarda rəqabət yaratmaq olar ki, bu məsələlər həll olunsun”.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” (APEPEA) İctimai Birliyinin sədri Mürvət Həsənlinin sözlərinə görə, idxal edilən yemlərin qiymətinin aşağı salınması və ƏDV-dən azad olunması nəticəsində quş əti ixracını sürətləndirmək olar:

“Ümumiyyətlə, əhalinin quş ətinə olan tələbatı illik 140 min ton təşkil edir, təxminən 120 – 130 mini isə bizdə istehsal olunurdu. Cari ildə isə 140-150 min tonu özümüz istehsal edəcəyik. Bununla da, məncə, xaricdən idxal azalacaq.

Quşçuluq sahəsində ixrac prosesini sürələndirmək üçün yemin qiyməti aşağı salınmalıdır. İlk növbədə idxal etdiyimiz yemlərin əlavə dəyər versigisindən (ƏDV) azad olunması həmin yemin qiymətinin aşağı salınmasının göstəricisi olacaq. Elə düşünürəm ki, yaxın müddətdə həm soyadan, həm qarğıdalıdan alınan yem və yem əlavələrindən ƏDV qaldırılarsa, biz həm yumurta, həm də ət sahəsində xaricə ixraca başlaya biləcəyik”.

Mürvət Həsənli

Mürvət Həsənlinin sözlərinə görə, işğaldan azad olunan ərazilərimizdə əkin sahələrinin inkişafı bu prosesə müsbət təsir göstərəcək: “İşğaldan azad olunan əkin sahələrində də bu il 50 min hektardan çox əkin əkilib. Bu da yemin ucuzlaşmasına və ixrac prosesinə təsir edəcək.

Biz Assosiasiya olaraq Baş nazirə, Kənd Təsərrüfatı nazirinə, Gömrük Komitəsinə və hökümətin digər üzvlərinə müraciət etmişik. Yəqin ki, yaxın günlərdə nəticəsini görəcəyik”.

Gülər Seymurqızı / METBUAT.AZ

Yazı Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusu üzrə dərc olunub.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu