fbpx

Azərbaycanda sakinlər kəndə girişi bağladılar

BEY.AZ informasiya agentliyi xəbər verir


Qəbələnin Laza kəndində ötən gün yerli sakinlər yolu bağlayaraq turistləri kəndə buraxmayıblar. Onlar bu addımı kənd yollarında xüsusilə şənbə-bazar günlərində yaşanan sıxlığa görə atdıqlarını bildiriblər.

Metbuat.az “Xəzər Xəbər”-ə istinadən xəbər verir ki, turistlərin qarşısını kəsən sakinlər avtomobildən istifadə edilməməsini tələb ediblər.

Sakinlərin sözlərinə görə, şənbə və bazar günləri kəndə səfər edən turistlərin sayı adi günlərlə müqayisədə nəzərəçarpacaq dərəcədə çox olur. Qonaqlar avtomobilləri ilə kənddə gəzəndə sakinlərin hərəkəti çətinləşir. Ona görə də sakinlər kəndin girişində parklanma sahəsinin yaradılmasını istəyirlər.

Məsələ ilə bağlı Qəbələ Rayon İcra Hakimiyyətindən ”Xəzər Xəbər”ə bildirilib ki, sakinlərin istəyi nəzərə alınaraq Laza kəndinin girişində yer ayrılıb.

”Yaxın günlərdə işlər tamamlanaraq parklanma yeri kimi istifadəyə veriləcək”, – eyə məlumatda bildirilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu