Azərbaycanda sayt rəhbəri saxlanıldı
BEY.AZ informasiya agentliyi xəbər verir
Masallıda hədə-qorxu ilə pul tələb edən KİV rəhbəri saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, aprelin 13-də rayonun Sığdaş kənd icra nümayəndəsi İsrafil Əliyev Polis Şöbəsinə müraciət edərək “cənub.az” saytının rəhbəri Zahir Əmənovun ondan 1500 manat pul aldığını bildirib. Şikayətdə qeyd olunub ki, Z.Əmənov icra nümayəndəsi övladının səs yazısını sosial şəbəkələrdə yayacağı ilə hədələyib.
Sayt rəhbəri saxlanılıb və barəsində hədə-qorxu ilə tələb etmə ittihamı ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.