fbpx

Azərbaycanda taxıl toxumuna tələbatın 70%-ini yerli istehsal ödəyir

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanda taxıl toxumuna olan 100 min ton tələbatın təqribən 70 %-dən çoxu yerli istehsal hesabına ödənilir.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Taxılçılar Assosiasiyasının İdarə Heyətinin sədri Niyazi Əmirbəyov Hacıqabulda keçirilən Aqrar İnnovasiya Festivalında jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, yerli toxumçular ildən-ilə bazarda daha çox paya malik olmağa başlayıblar.

N.Əmirbəyovun sözlərinə görə, Hacıqabulda ötən il respublika üzrə taxılçılıqda rekord həddə məhsuldarlıq qeydə alınıb: “Belə ki, ümumi məhsuldarlıq 55 sentner təşkil edib. Hacıqabul iqlim şəraiti və torpağa görə çətin rayondur. Əgər burada belə nəticə əldə edə biliriksə, bu o deməkdir ki, kənd təsərrüfatı sektorunda irəliləyişlər olacaq”.

Xatırladaq ki, bu gün Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Hacıqabul rayonunda Aqrar İnnovasiya Festivalı keçirilib. Kənd təsərrüfatı təyinatlı məhsul və texnologiyaların sərgiləndiyi festivalda toxum sərgi-satış yarmarkası təşkil edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanda #taxıl #toxumuna #tələbatın #70ini #yerli #istehsal #ödəyir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu