fbpx

Azərbaycanda yeni kanal fəaliyyətə başlayır

BEY.AZ informasiya agentliyi xəbər verir


Qərbi Azərbaycan İcması nəzdində yeni “Qərbi Azərbaycan TV” internet televiziyası fəaliyyətə başlayır.

Metbuat.az xəbər verir ki, İcmadan verilən məlumata görə, avqustun 1-dən etibarən ilkin olaraq həftədə 4 dəfə saat 17:00-da iki saatlıq efirdə olacaq kanalın Azərbaycan və rus dillərində buraxılışları nəzərdə tutulub.

Bildirilib ki, gələcəkdə ingilis dilində də efirin olması planlaşdırılır.

“İlk efirlərimizdən etibarən peşəkar komandamız və tanınmış aparıcılarımızdan ibarət heyətimizin təqdim etdiyi “Müzakirə vaxtı”, bir-birindən maraqlı süjetlərimiz, Qərbi Azərbaycan mədəniyyətinə dair verilişlərimiz, soydaşlarımızın ağrı-acısını əks etdirən insan hekayələrimiz, o cümlədən, həmin verilişlərin rus versiyası və “Время дискуссии” proqramları ilə son 200 ildə soydaşlarımızın, tarixi-mədəni abidələrimizin, toponimlərimizin üzləşdiyi haqsızlıq, eləcə də, qarşıda dayanan geri qayıdış məqsədi və məramına dair zəngin efir izləmək imkanınız olacaq”, – məlumatda deyilir.

“Qərbi Azərbaycan TV” internet televiziyasının verilişlərini aşağıdakı linklərdən izləyə bilərsiniz:

Qərbi Azərbaycan TV-nin “Youtube” kanalı – https://youtube.com/@QerbiAzerbaycanTV

Qərbi Azərbaycan TV-nin “Twitter” ünvanı – https://twitter.com/qerbiazetv?t=EeeLyGJusWT_OZygDiHfKA&s=08

Qərbi Azərbaycan TV-nin “Facebook” ünvanı – https://www.facebook.com/profile.php?id=100095259673458

Qərbi Azərbaycan TV-nin “İnstagram” ünvanı – https://instagram.com/qerbi.aze.tv?igshid=OGQ5ZDc2ODk2ZA==

Qərbi Azərbaycan TV-nin “Tiktok” ünvanı – https://www.tiktok.com/@qerbi.aze.tv?_t=8eQZu0Kh0Zb&_r=1



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanda #yeni #kanal #fəaliyyətə #başlayır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu