fbpx

Azərbaycanda yeni radio əsas yayıma çıxdı

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gündən etibarən REAL FM radiosu əsas yayıma çıxıb.

Metbuat.az xəbər verir ki, bunu REAL FM radiosunun direktoru Kəmalə Onur bildirib.

Onun sözlərinə görə, dinləyiciləri ölkədə və dünyada baş verənlərlə bağlı operativ şəkildə məlumatlandırmağı qarşısına məqsəd qoymuş REAL FM-in yayımının əsas hissəsini xəbərlər təşkil edir:

“Radio səhər efirinə ötən gün və gecə saatlarında baş vermiş hadisələrin, gündəmin müzakirəsi ilə başlayır. Daha sonra dinləyiciləri hər saatın tamamında və yarısında xəbər buraxılışları, eləcə də qısa xəbərlər, reportajlar, müsahibələr vasitəsilə məlumatlandırır. Bundan başqa yaxın zamanda radionun efirində vətəndaşların müraciətlərini aidiyyəti qurumlara çatdıraraq onların problemlərinin həllinə, suallarının cavablandırılmasına şərait yaradacaq verilişin hazırlanması nəzərdə tutulur. Axşama doğru isə yekun xəbər buraxılışında gün ərzində baş verənlərin icmalı şərh ediləcək, rəsmi qurumların açıqlamaları təqdim olunacaq. Xəbərlərlə yanaşı efirin bir hissəni isə zövqlü musiqi bəzəyir. Dinləyicilər xəbərlər və verilişlər arasında müxtəlif zamanların ən sevilən hitlərini dinləyə biləcəklər”.

Kəmalə Onur qeyd edib ki, REAL FM Bakıda və Abşeron yarımadasında 107 FM, Şuşa və ətraf rayonlarda isə 98.6 FM tezliyində yayımlanır. Yaxın zamanda isə radionun bütün ölkə ərazisində yayımı planlaşdırılır.

Qeyd edək ki, Audiovizual Şuranın ümumrespublika radio kanalının (Bakı şəhəri və Abşeron yarımadası ərazisində 107,0 MHz tezliyi) açılması üçün 17 yanvar 2022-ci il tarixdən 17 fevral 2022-ci il tarixədək elan olunmuş müsabiqəsinin nəticəsinə görə, “Real Təhlil İnformasiya Mərkəzi” MMC (radio kanalın adı: Real FM) qalib olub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu