fbpx
Xəbərlər

Azərbaycanda yük və sərnişin daşımaları artıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 11,2 faiz və 37,4 faiz artıb.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 102,6 milyon ton yük daşınıb. Yüklərin 3,6 faizi dəniz, 8,4 faizi dəmir yolu, 0,2 faizi hava, 56,5 faizi avtomobil nəqliyyatı, 31,3 faizi isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınan yüklərin həcmi 11,3 faiz artıb, daşınan yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,6 faiz təşkil edib.

2022-ci ilin yanvar-iyun aylarında nəqliyyatçılar 762,5 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 86,6 faizi avtomobil nəqliyyatı, 13,0 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu