fbpx
Xəbərlər

Azərbaycanda zəlzələ ocaqları aktivləşib? – AÇIQLAMA

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gün yerli vaxtla saat 10:14-də Cəlilabad stansiyasından 20 km şimal-qərbdə, Biləsuvar rayonunda zəlzələ qeydə alınıb.

Metbuat.az xəbər verir ki, maqnitudası 4.2, dərinliyi 37 km olan zəlzələ ətraf rayonlarda da hiss olunub.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli “Xəzər xəbər”ə açıqlamasında bildirib ki, baş verən zəlzələ ilə bağlı əhalinin təşvişə düşməsi üçün heç bir əsas yoxdur:

“Azərbaycan seysmoloji baxımdan Ərəbistan və Avrasiya tektonik plitələrinin kəsişməsində yerləşdiyi üçün “zəlzələ bölgəsi” hesab edilir. Əslində, hər gün zəlzələ baş verir, lakin onlardan çoxu kiçik təkanlar olduğu üçün hiss edilmir.

Azərbaycanda qeydə alınan zəlzələlər əsasən tektonik plitə və blokların hərəkəti nəticəsində ortaya çıxır. Zəlzələdən sonra bölgədə avtoşokların olması isə həmin sahələrdə enerji boşalmasından irəli gələn əlamətlər hesab olunur. Buna görə də yer daxilində hərəkət daim var və təkanların olması da normaldır”.

Qeyd edək ki, son bir neçə gün əvvəl Hacıqabul rayonunda üç dəfə zəlzələ olmuşdu.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanda #zəlzələ #ocaqları #aktivləşib #AÇIQLAMA

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu