fbpx

Azərbaycandan karantin müddətinin 14-dən 7 günə endirilməsinin səbəbi AÇIQLANDI

BEY MEDIA İnformasiya agenti xəbər verir


Azərbaycanda bu gündən etibarən test nəticəsi “müsbət” olan şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid (karantin) müddəti 14 gündən 7 günə azaldılıb.

Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Mərkəzin baş infeksionisti Fərrux Sədirov bildirib ki, hazırda əksər dünya ölkələrində karantin müddəti 7 günə endirilib.

“Çünki son tədqiqatların nəticələri göstərir ki, xəstəliyin həm inkubasiya dövrü, həm də yoluxdurma müddəti 6-7 gün çəkir. Bu müddətdən sonra isə xəstə digərlərini yoluxdurmur. Xatırlatmaq istəyirəm ki, bundan əvvəl də Amerikada xəstəliyi yüngül formalarda keçirənlərin karantin müddəti 7-10 gün, ağır formada keçirənlərin isə 14-21 gün idi”, – deyə F.Sədirov əlavə edib.

F.Sədirov əlavə edib ki, yeni qərarın verilməsi Omikron ştamı ilə əlaqədardır: “Düşünürəm ki, karantin müddətinin azaldılması düzgün addımdır”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu