fbpx

Azərbaycanın 6 cüdoçusu mübarizəyə başlayır

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gün Azərbaycanın 6 cüdoçusu Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

Metbuat.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev 1/16 final mərhələsində Savva Karakizidi (Yunanıstan), eyni çəkidəki Əhməd Yusifov Riko Bernabeu (İspaniya) ilə üz-üzə gələcək.

66 kq-da yarışan Yaşar Nəcəfov 1/16 finalda Radu İzvoryanu (Moldova), İbrahim Əliyev Tal Fliker (İsrail) ilə görüşəcək.

Qadınlardan 48 kq çəkidə yer alan Şəfəq Həmidova 1/8 final mərhələsində Xuliya Figeroanın (İspaniya), Ramilə Əliyeva Katarina Koştanın (Portuqaliya) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, Azərbaycan Avropa çempionatında 11 cüdoçu ilə təmsil olunur. Mayın 1-də başa çatacaq yarışda 40 ölkədən 361 idmançı (207 kişi, 154 qadın) iştirak edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu