fbpx

Azərbaycanın alüminium istehsalçısı ixraca dair müqavilə imzalayıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Martın 10-14-də Qətərin paytaxtı Dohada keçirilmiş 9-cu Beynəlxalq Kənd Təsərrüfatı və Ətraf Mühit Sərgisinin azərbaycanlı iştirakçıları əməkdaşlığa dair bir sıra razılaşmalar əldə edib, müqavilə imzalayıblar.

Bu barədə Metbuat.az-a İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

Məlumata görə, sərgi çərçivəsində alüminiumun təkrar emalı ilə məşğul olan Azərbaycan şirkəti xarici şirkətlə ixraca dair müqavilə imzalayıb.

Azərbaycan pavilyonu və burada nümayiş olunan kənd təsərrüfatı, qida və ətraf mühit sahələri üzrə məhsul və xidmətlərimiz də sərgi ziyarətçiləri tərəfindən maraqla qarşılanıb. Xüsusilə də Bakı, QəbələCəlilabad rayonlarında fəaliyyət göstərən müəssisələrin istehsal etdiyi zəfəran, lavanda və çiyələk məhsullarına maraq böyük olub.

Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA-nın təşkilatçılığı və ölkəmizin Qətərdəki Səfirliyinin koordinatorluğu ilə Azərbaycan pavilyonunda 11 mikro, kiçik və orta sahibkarlıq subyektinin məhsul və xidmətləri nümayiş olunub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu