fbpx

Azərbaycanın bu əraziləri zəlzələyə həssasdır

BEY.AZ informasiya agentliyi xəbər verir


“Təxminən Şabran zonasından başlayaraq Şamaxı və oradan da Gəncəyə qədər olan ərazi əsas seysmoloji həssas nöqtələr sayılır”.

Metbuat.az xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Tahir Məmmədli Xəzər TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın bütün ərazisi seysmik cəhətdən aktiv zonadır və zəlzələ ocaqlarının sayı çoxdur.

Seysmoloq deyib ki, Bakıya yaxın olan ən güclü zəlzələ ocaqları Xəzər dənizində – Abşerondan cənubda 50-60 km aralıda yerləşir.

Bakıda zəlzələ baş verməsə də, Xəzər dənizində baş verən yeraltı təkanlar paytaxtda hiss edilə bilər.

Seysmoloq həmçinin qeyd edib ki, Türkiyədəki qırılma xətti Azərbaycandan keçmir. Ölkəmizdə zəlzələnin qırılma nöqtələri fərqlidir.

Qarabağ zonasında isə ən güclü zəlzələ ocağı Kəlbəcərdədir və bu ərazilərdə artıq seysmik stansiyaların quraşdırılmasına başlanıb. İlk belə stansiya Şuşanın yaxınlığında, Daşaltı kəndində qoyulacaq.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanın #əraziləri #zəlzələyə #həssasdır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu