fbpx

Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edir

BEY.AZ informasiya agentliyi xəbər verir


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.

Müdafiə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, hava kəşfiyyatının aparılması, eləcə də plana uyğun olaraq digər fəaliyyətlər yüksək peşəkarlıqla icra olunub.
Qeyd edilib ki, hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi və peşəkarlığının artırılması məqsədi ilə keçirilən təlimlər davam edir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanın #hərbi #pilotları #təlimməşq #uçuşları #icra #edir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu