fbpx

Azərbaycanın millisinin Avropa çempionatı üçün heyəti bəlli oldu

BEY.AZ informasiya agentliyi xəbər verir


Voleybol üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Federasiyadan məlumat verilib. Bildirilib ki, baş məşqçi Ataman Güneyligil “15-liy”i müəyyənləşdirib.

Ülkər Kərimova və Şəfaqət Alışanova əvvəlki heyətdən çıxarılıb.

Hücumçular: Polina Rəhimova, Odina Əliyeva, Yelizaveta Ruban, Marqarita Stepanenko, Nikalina Başnakova,

Blokçular: Ayşən Abduləzimova (k), Olena Xarçenko, Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova, Kseniya Pavlenko.

Oyunqurucuları: Kristina Besman, Yana Doroşenko,

Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva.

Baş məşqçi: Ataman Güneyligil

Qeyd edək ki, Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq. Komanda ilk qarşılaşmasını avqustun 18-də Çexiyaya qarşı keçirəcək. Sentyabrın 3-də başa çatacaq Avropa çempionatına Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanın #millisinin #Avropa #çempionatı #üçün #heyəti #bəlli #oldu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu