fbpx
Xəbərlər

Azərbaycanın MMA döyüşçüsü 28-ci qələbəsini qazandı

BEY.AZ informasiya agentliyi xəbər verir

“Qəbələ” İdman Klubunun və Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb.

Metbuat.az xəbər verir ki, o, Rusiyanın paytaxtı Moskvada “AMC Fight Nights”da titul döyüşünə çıxıb.

Yüngül çəkidə kəmərin sahibi olan 28 yaşlı təmsilçimiz rusiyalı Marif Pirayevlə qarşılaşıb. İrina Viner Usmanova adına Gimnastika Sarayında təşkil olunan qarşılaşma Nərimanın üstünlüyü ilə keçib. İlk dəqiqələrdən fəal döyüşən Abbasov beş raundluq qarşılaşmanın taleyini ilk iki hissədə həll edib. Onun zərbələri qarşısında tab gətirməyən rəqib üçüncü raunda çıxmaqdan imtina edib.

Beləliklə, karyerasında 31-ci döyüşdə 28-ci qələbəsini qazanan idmançı “AMC Fight Nights” çempionu titulunu növbəti dəfə qoruyub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu