fbpx

“Azərbaycanın mövqeyi artıq rəsmi İrəvan tərəfindən qəbul edilib” – Erməni politoloq

“Azərbaycanın rəsmi mövqeyi artıq rəsmi İrəvan tərəfindən qəbul edilib”.

BEY.AZ xəbər verir ki, bu fikirləri politoloq Qrant Melik-Şahnazaryan Facebook səhifəsində yazıb. O bildirib ki, artıq rəsmi İrəvan Azərbaycanın mövqeyini qəbul edib.

“Ermənistan hökuməti Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması məsələsini Qarabağ problemindən ayırır.
Bəyanatlar elədir ki, sanki iki fərqli, bir-biri ilə əlaqəsi olmayan prosesdir.

Bir gün əvvəl Brüsseldə keçirilən Mişel-Paşinyan-Əliyev görüşü ilə bağlı rəsmi hesabata baxın, buna əmin olacaqsınız.

Məncə, bu yanaşmanın Bakıda formalaşdığını xatırlatmağa ehtiyac yoxdur. Bu, artıq rəsmi İrəvan tərəfindən qəbul edilmiş Azərbaycanın rəsmi mövqeyidir.

Bu isə Qarabağın və erməni xalqının maraqlarını düşmən ölkənin işləyib hazırladığı gündəmə tabe etməkdən başqa bir şey deyil.

Ermənistan dövləti heç vaxt indiki kimi anti-erməni olmayıb. Və bu dövlət Azərbaycanla sülh müqaviləsi üzrə substantiv danışıqlara başlayır, Bakının növbəti tələbi ilə.

Bundan nə çıxacağı da, əminəm ki, aydındır: xalqımız sülh əvəzinə yeni zərbələr, yeni itkilər alacaq. Bu qatar hara gedir…?”, – deyə Melik-Şahnazaryan yazıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu