fbpx

Azərbaycanın valyuta bazarı 12% kiçilib

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu ilin I yarısında Azərbaycanın valyuta bazarında 15,2 milyard ABŞ dolları dəyərində əməliyyat aparılıb.

Metbuat.az Azərbaycan Mərkəzi Bankının “Pul Siyasəti İcmalı”na istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 11,6 % azdır.

Yarım illik əməliyyatların 13,4 milyard ABŞ dolları nağdsız, 1,8 milyard ABŞ dolları isə nağd valyuta bazarında baş tutub. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 8,2 % və 30,8 % azdır.

Nağdsız valyuta əməliyyatlarının 79,5 %-i ABŞ dollarında, 20,5 %-i digər valyutalarda, nağd valyuta əməliyyatlarının isə 84 %-i ABŞ dollarında, 16 %-i digər valyutalarda aparılıb.

Son illər ərzində ilk dəfə 6 ay ərzində bankların xarici valyuta alışı satışını üstələyib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanın #valyuta #bazarı #kiçilib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu