fbpx

Azərbaycanla Özbəkistan qarşılıqlı turizm əlaqələrini genişləndirir

BEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycanla Özbəkistan arasında qarşılıqlı turizm əlaqələrinin inkişafı, birgə turizm marşrutlarının hazırlanması və turistik səfərlərin sayının artırılması məsələləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Özbəkistan Respublikasının Baş Nazirinin müavini, Turizm və mədəni irs naziri Əziz Abduxakimov arasında mayın 23-də baş tutan görüşdə müzakirə olunub.

DTA-dan Metbuat.az-a verilən məlumata görə, görüş mayın 24-də Şamaxıda keçirilən Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci görüşü çərçivəsində baş tutub.

Görüşdə Fuad Nağıyev Əziz Abduxakimova işğaldan azad olunan ərazilərin turizm potensialı, hazırlanan layihələr və həyata keçirilən işlər haqqında ətraflı məlumat verib.

Əziz Abduxakimov Özbəkistanın Azərbaycanla turizm əlaqələrinin inkişafında maraqlı olduğunu, tərəflər arasında təcrübə mübadiləsinin aparılmasının, turizm şirkətləri arasında əməkdaşlığın təşkili və aviauçuşların sayının artırılması məsələlərinin önəmini vurğulayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu