fbpx

Azərbaycanlı biznesmenin gəmisi batdı – VİDEO

BEY.AZ informasiya agentliyi xəbər verir



Palau (Sakit Okeanda ada dövləti) bayrağı altında üzən və azərbaycanlı iş adamına məxsus konteyner gəmisi Tayvanın Qaosyun limanı yaxınlığında batıb.

Metbuat.az “Bakupost.az”-a istinadən xəbər verir ki, “Angel” gəmisi ötən axşamdan batmağa başlayıb. Limanı idarə edən Tayvanın TIPC beynəlxalq korporasiyası gəmini xilas etməyə çalışsa da, bütün cəhdlər boşa çıxıb. Nəticədə gəminin arxa hissəsi tamamilə suyun altında qalıb və konteynerlərin çoxu dənizin dibinə batıb.

Gəminin ekipaj üzvləri təxliyə edilib. Səthdə üzən və su altında qalan konteynerlər digər gəmilərin hərəkəti üçün təhlükə yaratdığı üçün Qaosyun limanı müvəqqəti olaraq bağlanıb.

TİPC Çinin Dalian limanından Tayvan sahillərinə doğru hərəkət edən 1262 konteynerli gəminin ümumi çəkisinin 16 min tondan artıq olduğunu bildirib.

Bəzi məlumatlara görə, “Angel”in göyərtəsində çat əmələ gəlib. Kapitanın gəmini tərk etmək qərarına gəldiyi və bunun üçün on doqquz ekipaj üzvünə xilasedici qayıqları işə salmağı əmr etdiyi bildirilir. Tayvan Sahil Mühafizə Xidmətinin isə ekipajın köməyinə iki qayıq göndərdiyi bildirilir.

Daha sonra batan konteyner gəmisinə kömək üçün bir neçə yedək gəmisi göndərilsə də, onlar gəminin sürətlə su altında qalmasının qarşısını ala bilməyiblə. “Angel”i xilas etmək cəhdləri fayda verməyib.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #Azərbaycanlı #biznesmenin #gəmisi #batdı #VİDEO

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu