fbpx

Azərbaycanlı biznesmenin idmançı oğlu 3 nəfəri döydü

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Qədim döyüş sənəti – pankration üzrə Moskvanın beşqat çempionu Zöhrab Qələndərov paytaxtın Marino rayonunda üç nəfəri döyüb, lakin iş adamı atası ona məsuliyyətdən yayınmağa kömək edir.

Metbuat.az-ın Lent.az-a istinadən xəbərinə görə, 19 yaşlı idmançı Myaçkovski bulvarındakı barda həmyaşıdlarını təhqir etməyə başlayıb. Şifahi mübahisə davaya çevrilib. Qələndərov gənclərdən birini arxadan vurub və huşunu itirərək yıxılanda başı asfalta dəyib.

Sonradan həkimlər ona qanaxma ilə açıq kəllə-beyin travması diaqnozu qoyublar. Çempion ikincinin iki dişini sındırıb və üçüncünün başına güclü zərbə endirib.

Rüya tabirlerini burdan oku

Bildirilir ki, iş polisə qədər gedib çıxanda idmançının atası, azərbaycanlı əsilli iş adamı Akif Qələndərov hadisə ilə bağlı yazılan xəbəri daha yumşaq yazıya dəyişməyə nail olub. Zöhrabın vəkili zərərçəkənə 45 min rubl (450 dollardan çox) təklif etsə də, lakin zərərçəkmiş buna razılaşmayıb və ədaləti bərpa etmək niyyətindədir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanlı #biznesmenin #idmançı #oğlu #nəfəri #döydü

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu