fbpx

Ukraynada kişilər müharibəyə “Whatsapp” vasitəsilə çağırılacaq

BEY.AZ informasiya agentliyi xəbər verir


Ukraynada hərbi xidmətə çağırılan kişilərə çağırış vərəqələri messencerlər vasitəsi ilə aparıla bilər.

Metbuat.az “Unian”a istinadən xəbər verir ki, bu barədə ukraynalı deputat, Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin üzvü Fyodor Venislavski məlumat verib.

“Biz indi Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsi səviyyəsində çağırış vərəqələrinin verilməsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsi məsələsinə baxırıq. İndi biz bu məsələ ilə bağlı bürokratik problemlərin aradan qaldırılması imkanlarını nəzərdən keçiririk”, – Venislavski bildirib.

O bildirib ki, müharibədən əvvəl hərbi xidmət yaşında olan kişilərin mobil nömrə bazası artıq formalaşdırılıb. Odur ki, çağırış vərəqələrinin messencerlərlə göndərilməsi üçün texniki imkanlar mövcuddur:

“Açığını deməliyik: həqiqətən də səfərbərliklə bağlı müəyyən problemlər var, çünki müharibə səbəbindən bizdə çoxlu sayda məcburi köçkün var, onların arasında səfərbər oluna biləcək çoxlu sayda hərbi yaşda olan kişilər var. Amma onlar öz ünvanlarında olmadığına görə onların çoxu faktiki yaşayış yeri üzrə hərbi qeydiyyata alınmayıb və bu, problem yaradır”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ukraynada #kişilər #müharibəyə #Whatsapp #vasitəsilə #çağırılacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu