fbpx
Xəbərlər

Azərbaycanlı teleaparıcının nəzirəsi özbəkləri heyran etdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Türkiyədə yaşayan azərbaycanlı soydaşımız Səidə Ömərin özbək mahnısına yazdığı nəzirə maraqla qarşılanıb.

Metbuat.az xəbər verir ki, “Məni Sevib Qalsaydın” adlı nəzirə Özbəkistan Mədəniyyət Naziri, xalq artisti (müğənni) Ozodbek Nazarbekovun repertuarında əsas yer tutan məşhur ifası – “Mani Sevib Qolsayding” mahnısına yazılıb.

Qeyd edək ki, Türk Dünyasına xidmətləri ilə sevilən Səidə Ömər İstanbul Universitetinin fəlsəfə doktorudur, eyni zamanda artıq 4 ildirki Türkiyə televizyasında yayımlanan “Azərbaycan Rüzgarı” programının müəllifi və aparıcısıdır. Onun bir sıra elmi məqaləsi Türkiyə və Yunanıstanda yayımlanmış və “Azərbaycan Medyasında Spirtli İçkilərin Təmsili və Spirtli İçkilərin Cəmiyyətə Mənfi Təsiri” adlı elmi monoqrafiyası Türkiyədə nəşr olunub.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanlı #teleaparıcının #nəzirəsi #özbəkləri #heyran #etdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu