fbpx

“Azəriqaz” abonentlərə xəbərdarlıq edib

BEY.AZ informasiya agentliyi xəbər verir


“Sayğacdan sonra layihə-smeta sənədlərinə uyğun olaraq heç bir kəməri bağlı yerlə aparmaq olmaz. Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır”.

Metbuat.az “Azəriqaz” İB-nin yaydığı məlumata istinadən xəbər verir ki, bu sözləri İB-nin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib. Qurum rəsmisinin sözlərinə görə, bəzi abonentlər gizli şəkildə qaz borularını yerin altı ilə çəkir.

“Bu kimi edilən dəyişikliklər sonda bədbəxt hadisə ilə nəticələnir. Abonentlərdən bu mövzuda son dərəcə diqqətli olmaları xahiş olunur. Qaz borularının yerin altı ilə aparılması qadağandır. Bu zaman qaz sızması halları yoxlanışlarda hiss olunmadığından əksər hallarda partlayış baş verir. Buna görə də mümkün qədər diqqətli olmaq lazımdır”, – deyə şöbə rəisi bildirib.

İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev sosial şəbəkə üzərindən borc saldosunun necə əldə olunması ilə bağlı ünvanlanan suala aydınlıq gətirib. Şöbə rəisinin sözlərinə görə abonentin özü və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən digər vətəndaş “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət etməlidir.

“Vətəndaşlar müraciət zamanı şəxsiyyət vəsiqəsinin əslini təqdim etməli, sayğac nömrəsi və ya abonent kodu haqqında hər hansı bir məlumatdan istifadə etməlidirlər. Bununla da borc saldosunu əldə edə bilərlər. Qeyd edək ki, bunun üçün heç bir rüsum tələb olunmur”, – deyə İbrahim Kərbalayev qeyd edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azəriqaz #abonentlərə #xəbərdarlıq #edib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu