“Azərsu” sədrinin I müavini Qusarda vətəndaşları qəbul edib
BEY.AZ informasiya agentliyi xəbər verir
“Azərsu” ASC-nin sədrinin I müavini Teyyub Cabbarov Qusar şəhərində Qusar və Quba rayonlarından olan vətəndaşları qəbul edib.
Metbuat.az quruma istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən qəbulda 39 nəfər iştirak edib.
Vətəndaşların müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub. Müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.