fbpx

Ülviyyə Cabbarova sədr SEÇİLDİ

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının növbədənkənar iclası keçirilib.

ASA-dan Metbuat.az-a verilən məlumata görə, Assosiasiyanın Müşahidə Şurasına yeni sədrin seçilməsi ilə bağlı mövzu iclasın gündəliyində duran başlıca məsələ olub.

Məlumatda qeyd olunur ki, ASA-nın təsisçiləri tərəfindən Müşahidə Şurasının sədri postuna namizədliyi irəli sürülən “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova səsvermə nəticəsində Şura üzvləri tərəfindən yekdilliklə dəstəklənib.

Qeyd edək ki, “Atəşgah” Sığorta Şirkəti ASC-nin sabiq sədri Azər Əliyevin ASA-nın Müşahid Şurasındakı sədrlik vəzifəsinin səlahiyyət müddəti 30 dekabr 2022-ci il tarixdə başa çatdığı üçün o, bu postdan ayrılmışdı.

Əlavə edək ki, Azərbaycanda fəaliyyət göstərən 5 həyat, 14 qeyri-həyat, 1 aqrar və 1 təkrarsığorta olmaqla bütün sığorta şirkətləri, o cümlədən 2 sığorta brokeri şirkəti Azərbaycan Sığortaçılar Assosiasiyasının üzvüdür.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ülviyyə #Cabbarova #sədr #SEÇİLDİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu