fbpx

“Azərsu”yun Zəng Mərkəzi bir neçə saatlıq fəaliyyətini dayandıracaq

BEY.AZ informasiya agentliyi xəbər verir


Rabitə sistemində texniki təkmilləşdirmə işlərinin aparılması ilə əlaqədar sabah saat 10:30-dan etibarən bir neçə saat müddətinə “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə edilən zənglərin qəbulunda müvəqqəti fasilə yaranacaq.

Bu barədə Metbuat.az-a qurumdan bildirilib.

Məlumata görə, profilaktika müddətində səhmdar cəmiyyətinin İdarə Aparatının (Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 67) stasionar telefon nömrələri də zəngləri qəbul etməyəcək.

Bu müddətdə vətəndaşlar içməli və tullantı su xidmətləri ilə bağlı müraciətlərini yerli sukanal idarələrinə ünvanlaya bilərlər.

Eyni zamanda (+99455) 209-95-59 votsap nömrəsi, eləcə də facebook.com şəbəkəsi üzərindən müraciətləri ünvanlamaq mümkündür.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu