fbpx

Azad edilmiş rayonlarda sənaye məhsulu istehsalı 70% artıb

Rüya Yorumları burda

2024-cü ilin yanvar-mart aylarında işğaldan azad edilmiş rayonlarda 33 milyon manat dəyərində sənaye məhsulu istehsal edilib.

BEY.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 69.2% və ya 13.5 milyon manat artıb. Belə ki, ötən ilin müvafiq dövründə azad edilmiş ərazilərdə 19 milyon 514 min manat dəyərində sənaye məhsulu istehsal edilib.

Qeyd edək ki, hesabat dövründə ən çox sənaye məhsulu Ağdam ( 11 456) rayonunda istehsal edilib.

Cədvəldə cari ilin yanvar-mart ayları ərzində işğaldan azad edilmiş rayonlar üzrə istehsal edilmiş sənaye məhsulunun həcmi verilib.

Rüya tabirlerini burdan oku
Azad edilmiş rayonlar Sənaye istehsalı 2024-cü il. Sənaye istehsalı 2023-cü il. min manat
Ağdam 11456 8194
Füzuli 10550 7157
Laçın 4172 902
Şuşa 2104 1193
Qubadlı 1538 169
Kəlbəcər 1278 470
Cəbrayıl 972 982
Zəngilan 497 352
Xocavənd 412 69
Xocalı 33 26





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu