fbpx

Azad edilmiş rayonlarda sənaye məhsulu istehsalı 70% artıb


2024-cü ilin yanvar-mart aylarında işğaldan azad edilmiş rayonlarda 33 milyon manat dəyərində sənaye məhsulu istehsal edilib.

BEY.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 69.2% və ya 13.5 milyon manat artıb. Belə ki, ötən ilin müvafiq dövründə azad edilmiş ərazilərdə 19 milyon 514 min manat dəyərində sənaye məhsulu istehsal edilib.

Qeyd edək ki, hesabat dövründə ən çox sənaye məhsulu Ağdam ( 11 456) rayonunda istehsal edilib.

Cədvəldə cari ilin yanvar-mart ayları ərzində işğaldan azad edilmiş rayonlar üzrə istehsal edilmiş sənaye məhsulunun həcmi verilib.

Azad edilmiş rayonlarSənaye istehsalı 2024-cü il.Sənaye istehsalı 2023-cü il. min manat
Ağdam114568194
Füzuli105507157
Laçın4172902
Şuşa21041193
Qubadlı1538169
Kəlbəcər1278470
Cəbrayıl972982
Zəngilan497352
Xocavənd41269
Xocalı3326





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin