fbpx

Azad olunmuş ərazilər üçün ayrılan vəsaitin xərclənəcəyi istiqamətlər məlum oldu

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

“İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası” tədbiri xərclərinə 2024-cü ildə 3825,0 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da 2023-cü ilin təsdiq edilmiş göstəricisindən 975,0 mln. manat və ya 20,3% azdır.

BEY.AZ xəbər verir ki, bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
Həmin vəsaitin 3316,3 mln. manatı infrastruktur təyinatlı layihələrin tikintisinə, yenidən qurulmasına (avtomobil yollarının yenidən qurulmasına 2725,1 mln. manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılmasına 258,2 mln. manat, meliorasiya tədbirlərinin icrasına 131,2 mln. manat, dəmir yollarının yenidən qurulmasına 98,9 mln. manat, kommunal infrastrukturun bərpasına 63,5 mln. manat, kadastr xidmətlərinin həyata keçirilməsinə 3,7 mln. manat , bərk məişət tullantıları infrastrukturunun yaradılmasına 1,4 mln. manat və digər infrastruktur layihələrinin icrasına 34,3 mln. manat), 51,0 mln. manatı ərazilərin minalardan təmizlənməsinə, 34,5 mln. manatı sosial təyinatlı layihələrin (təhsil, səhiyyə, mədəniyyət və bu kimi digər sosial tədbirlərə), 27,9 mln. manatı isə digər tədbirlərin icrasına yönəldilib.

Aparılmış təhlillər, eləcə də əvvəlki və cari ilin büdcə icrası prosesində müvafiq istiqamətdə xərclərə dəyişikliklərin edilməsi təcrübəsi və büdcə-vergi siyasətinin istiqamətləri ilə bağlı məlumatlar növbəti ildə də müvafiq məsələnin aktual olacağı barədə qənaətə gəlməyə imkan verir.

Qeyd edək ki, 2024-cü il üzrə “İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası” tədbiri xərclərinin təhlili bu xərc üzrə artım istiqamətində düzəlişlərin və ya icra prosesində digər xərc istiqamətlərindən qənaətin yönəldilməsi ehtimalının yüksək olduğunu deməyə imkan verir.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Azad #olunmuş #ərazilər #üçün #ayrılan #vəsaitin #xərclənəcəyi #istiqamətlər #məlum #oldu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu