fbpx

AZAL-a yeni vitse-prezident TƏYİN OLUNDU

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) yeni vitse-prezident təyin olunub. Bu vəzifə Samir Rzayevə həvalə olunub.

AZAL-dan Metbuat.az-a verilən məlumata görə, QSC-nin Prezidenti Cahangir Əsgərov yeni vitse-prezidenti kollektivə təqdim edib.

Samir Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə bu vəzifəyə təyin edilib.

Cahangir Əsgərov qeyd edib ki, Samir Rzayev Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikdən sonra təhsilini Böyük Britaniyanın Durham Universitetində davam etdib. Həmin universitetdə “Maliyyə və investisiya” ixtisası üzrə magistr dərəcəsini alıb.

AZAL prezidenti Samir Rzayevin yüksək peşəkar bacarığa malik olduğunu bildirərək, onun maliyyə sahəsində rəhbər vəzifələrdə böyük idarəçilik təcrübəsinin olduğunu qeyd edib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu