fbpx

AZAL Bakıdan Aktauya uçuşlara başlayır

BEY.AZ informasiya agentliyi xəbər verir


Fevralın 18-dən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Qazaxıstanın Aktau şəhərinə uçuşlara başlayacaq.

Bu barədə Metbuat.az-a AZAL-dan bildirilib.

Məlumata görə, aviareyslər həftənin çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək.

Aviabiletləri aviaşirkətin rəsmi saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.

Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Qazaxıstana səyahət edən Azərbaycan vətəndaşları ölkəyə giriş qaydaları ilə burada tanış ola bilər: https://www.azal.az/az/information/covid-kazakhsta…

Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı aviaşirkətin saytında qeyd edilmişdir: https://www.azal.az/az/information/covid-clinics.

Sərnişin Aktau şəhərindən Bakıya uçuş zaman COVID-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş və PCR-testi üsulu ilə analiz götürən istənilən klinika və ya laboratoriyada verə bilər. PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcək.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu