fbpx

AZAL-dan möhtəşəm aksiya: Mayın sonuna qədər…

BEY.AZ informasiya agentliyi xəbər verir


“Azərbaycan Hava Yolları” (AZAL) Ramazan bayramı münasibətilə aviaşirkətin ən məşhur istiqamətlərinə aviabiletlərə 25 faiz güzəşt təqdim edir.

Metbuat.az xəbər verir ki, bu barədə AZAL-dan məlumata verilib. Bildirilib ki, endirimli aviabiletləri aprelin 21-dən 24-dək əldə etmək mümkündür. Təklif aviaşirkətin bir sıra marşrutu üzrə cari ilin mayın 3-31-i daxil olmaqla mövcud olan bir tərəfə və ya gediş-dönüş aviabiletlərinə şamil olunur.

Aviaşirkətin bu təşəbbüsü sayəsində sərnişinlər həm istirahətdən zövq ala biləcək, həm də büdcələrinə qənaət etmək imkanı əldə edəcəklər.

Belə ki, AZAL-ın Bakıdan bu şəhərlər – London, Milan, Paris, Vyana, Barselona, Praqa, Moskva, Sankt-Peterburq, Yekaterinburq, Novosibirsk, İstanbul, Antalya, Almatı, Astana, Dubay (J2-015/016 nömrəli reyslər) üzrə uçuşlarına 25 faiz güzəşt tətbiq edilir.

Endirimli aviabiletləri kassalarda və ya “Azərbaycan Hava Yolları”nın akkreditə olunmuş agentliklərində, həmçinin [email protected] elektron poçtu vasitəsilə “Çağrı mərkəzi”nə müraciət edərək əldə etmək mümkündür.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#AZALdan #möhtəşəm #aksiya #Mayın #sonuna #qədər

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu