fbpx

AZAL Fərqanəyə uçuşlara başlayır

BEY.AZ informasiya agentliyi xəbər verir


“Azərbaycan Hava Yolları” QSC (AZAL) dekabrın 15-dən Özbəkistanın Fərqanə şəhərinə uçuşlara başlayacaq.

Metbuat.az-a AZAL-a istinadən xəbər verir ki, aviareyslər həftənin cümə axşamı günləri yerinə yetiriləcək.

Azərbaycanın milli aviadaşıyıcısı həmçinin Özbəkistanın Daşkənd və Səmərqənd şəhərinə uçuşlar həyata keçirir. Reyslərə müəyyən edilmiş daşıma şərtlərinə uyğun olan və mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul edilir.

Azərbaycan və Özbəkistana giriş qaydaları haqqında ətraflı məlumatı aviadaşıyıcının saytından, “Giriş qaydaları” bölməsindən əldə etmək olar.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#AZAL #Fərqanəyə #uçuşlara #başlayır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu