fbpx
Xəbərlər

AZAL-ın pilotu uçuşdan imtina etdi – “Bu, risklidir”

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Sentyabrın 22-də AZAL-ın Bakı-Praqa aviareysini həyata keçirən təyyarəsində texniki problem yaranıb. Bu səbəbdən uçuş təxirə düşüb.

Metbuat.az “Globalinfo.az”a istinadən xəbər verir ki, təxminən 2 saatlıq araşdırmadan sonra pilot təyyarə ilə uçmağın riskli olduğu bildirib və uçuşdan imtina edilib. Onun bu sözlərini sərnişinlər eşidiblər.

Bundan sonra AZAL təyyarəni dəyişmək qərarına gəlib. Sərnişinlər ikinci təyyarəyə yerləşdiriliblər.

Birinci təyyarə AİRBUS -A 319 olub. Hazırda uçacaq təyyarə isə AİRBUS-A 320 markal təyyarədir.

Xatırladaq ki, son vaxtlar AZAL-ın təyyarələrində texniki problemlər çoxalıb. Ona görə analoji vəziyyət tez-tez yaranır.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #AZALın #pilotu #uçuşdan #imtina #etdi #risklidir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu