fbpx

AZAL İsrailə və əks istiqamətdə bütün reysləri ləğv etdi

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

İsraildə baş verən son hadisələrlə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” aviaşirkəti bazar günü, oktyabrın 8-nə planlaşdırılan Təl-Əvivin Ben Qurion hava limanına və oradan geri istiqamətində bütün reyslərini ləğv edir.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən bildiriblər.

Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə uçuşların həyata keçirilməsi ilə bağlı əlavə məlumat veriləcək.

Təl-Əvivə bilet alan sərnişinlər pulun tam geri qaytarılması və ya pulsuz bilet dəyişdirilməsi hüququna malikdirlər.

Dəyişikliklər barədə məlumat almaq üçün sərnişinlərə aviaşirkətin callce[email protected] elektron ünvanına müraciət etmələri tövsiyə olunur.

Aviaşirkət hazırda Tel-Əvivə aviabiletlərin satışını növbəti xəbərdarlığa qədər dayandırıb.

Qeyd edək ki, aviaşirkətin prioriteti uçuşların və sərnişinlərin təhlükəsizliyidir.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #AZAL #İsrailə #və #əks #istiqamətdə #bütün #reysləri #ləğv #etdi

Bir Cevap Yazın

Başa dön tuşu