fbpx

Azyaşlılara təcavüzdə ittiham olunan məşhur müğənninin vəkilləri iddiaları RƏDD ETDİ

BEY.AZ informasiya agentliyi xəbər verir


Məşhur “I believe I can fly” mahnısının ifaçısı Amerikalı müğənni R. Kelli Çikaqo məhkəməsində uşaq pornoqrafiyası, təcavüz, ədalət mühakiməsinə maneçilik və digər ittihamlarla mühakimə olunur.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, R.Kellinin ikinci federal məhkəməsinin mərkəzində dayanan qadın 55 yaşlı müğənninin onunla cinsi əlaqədə olmağa başlayanda hələ 18 yaşının olmadığını ifadəsini verib.

Şərti olaraq “Ceyn” adlandırılan 37 yaşlı qadın Kelli ilə cinsi münasibətlərinin 13 yaşından başladığını bildirib.

Qeyd edək ki, tam adı Robert Silvester Kelli olan müğənni uşaq pornoqrafiyası hazırlamaq və almaq, ədalət mühakiməsinə mane olmaq, yetkinlik yaşına çatmayanları cinsi fəaliyyətə sövq etmək də daxil olmaqla 13 cinayət ittihamı ilə üzləşir. O, keçən il Nyu-Yorkda keçirilən ayrıca məhkəmədə insan alveri və reketçilikdə təqsirli bilindikdən sonra artıq 30 il həbs cəzası alıb.

Hazırkı iş isə böyük ölçüdə onu ittiham edənlərdən biri olan Ceynin ifadəsinə əsaslanır. Prokurorlar iddia edirlər ki, Kelli Ceynlə ən azı dörd pornoqrafik məzmunlu video çəkib.

Məhkəmədə Ceyn ifadəsində deyib ki, Kelli 15 yaşından başlayaraq onunla sayını bilmədiyi qədər cinsi əlaqədə olub. Hakimlərə onun o vaxt neçə yaşında olduğunu göstərmək üçün orta məktəbdə çəkdirdiyi fotoşəkillər göstərilib. İki saatlıq ifadəsi zamanı videonun birində Kellinin Ceynə pul verdiyi görülüb.

Videolardan biri də 2008-ci ildə ayrı bir məhkəmədə yayımlanmışdı. Lakin, müğənni Kelli və Ceyn videodakı şəxslər olduqlarını inkar etmişdilər. Kelli sonda bütün ittihamlar üzrə bəraət qazanmışdı.

Bəzi analitiklər isə hazırkı məhkəmə prosesini 2008-ci ildəki məhkəmə prosesinin təkrarı kimi səciyyələndirirlər.

Bu məhkəmə prosesində Kellinin iki keçmiş işçisi də ittiham olunur. Onun keçmiş biznes meneceri Derrel MekDevid, Kelliyə 2008-ci ildəki məhkəmə prosesini düzəltməyə kömək etməkdə, Milton Braun isə uşaq pornoqrafiyası almaqda ittiham olunur.

Hər iki şəxs isə özlərini təqsirli bilməyib.

Bu həftənin əvvəlində açılış bəyanatları zamanı Kelly və onun iki keçmiş işçisinin vəkilləri ittihamları rədd etdilər və Kellini ədalətli mühakimə etməyə çağırdılar.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu