fbpx
Xəbərlər

Bərbərovlar ailəsinin şirini öldürən polis vəfat etdi

BEY.AZ informasiya agentliyi xəbər verir


1980-ci ildə Bakının mərkəzində baş vermiş insident zamanı Bərbərovlar ailəsinə məxsus şiri güllələyərək öldürən polis serjantı, polis orqanları veteranı Zinəddin Orucov vəfat edib.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, xeyli vaxtdır pensiyada olan veteran polis xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Z.Orucov daha çox 1980-ci ildə Bakı şəhər Səbail rayonu ərazisindəki mənzildə “Kinq II” adlı şirin ev sahibəsini yaralaması, ailənin Roma adlı uşağını isə öldürdüyü hadisə zamanı evə daxil olaraq heyvanı zərərsizləşdirməsi ilə tanınıb. Həmin taxt Səbail Rayon Polis İdarəsinin Növbətçi hissə rəisinin köməkçisi kimi xidmət edən Z.Orucov hadisə yerinə çatan ilk şəxslərdən olub.

Qeyd edək ki, Bərbərovlar ailəsi və onların evdə saxladığı şir və puma SSRİ və dünya miqyasında tanınıb. Bu ailə və onların saxladığı heyvanlar barədə çoxsaylı filmlər çəkilib. Məlum faciədən sonra şirlə yanaşı puma da polislər tərəfindən öldürülüb.

Zirəddin Orucov Bərbərovlar ailəsi ilə bağlı İctimai televiziyanın hazırladığı sənədli filmdə həmin hadisə barədə xatirələrini bölüşmüşdü. Həmin videonu təqdim edirik:

Nizam Rza





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bərbərovlar #ailəsinin #şirini #öldürən #polis #vəfat #etdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu