fbpx
Xəbərlər

Bəyannamənin şərtlərinə görə, Rusiya öhdəliyinə düşən vəzifələri icra etməlidir

BEY.AZ informasiya agentliyi xəbər verir


Türkiyə ilə imzalanmış hərbi-siyasi, müdafiə, qarşılıqlı hərbi yardim və təhlükəsizlik üzrə müttəfiqlik “Şuşa Bəyannaməsi” Rusiya ilə imzalanmış müttəfiqlik Bəyənnaməsindən üstündür”.

Bu açıqlamanı Metbuat.aza politoloq Məhəmməd Əsədullazadə bildirib. Onun şərhinə görə, “Moskva Bəyannaməsinin” 11- ci və 16-cı bəndi Rusiyanın maraqlarına tam cavab verir. Digər bəndlər ikitərəfin maraqlarına uyğundur. Politoloq deyir ki, birinci bənd sərhədlərin toxunulmazlığı barədə olsa da digər Qarabağla bağlı bəndlər Azərbaycanın maraqlarına tam cavab verir.

Bəyannamənin şərtlərinə görə, Rusiya öhdəliyinə düşən vəzifələri icra etməlidir. Türkiyə ilə müttəfiqlik çərçivəsində hərbi bazası Azərbaycanda yerləşməlidir. Azərbaycana qarşı təhdidlər daima Rusiya tərəfindən Ermənistan vasitəsilə olub. Bu təhdidlər aradan qalxmayıb. Hətta bu təhdid Qarabağın özündədir. Düşünürəm ki, Azərbaycan imzalanmış Bəyannamədən istifadə edib, silahlı erməni birləşmələrinin ləğvini tələb etməlidir. Bu zaman Moskva həqiqi müttəfiqliyini real olaraq göstərə biləcəkdir”.

Məhəmməd Əsədullazadə onu da qeyd etdi ki, əgər Rusiya üzərinə düşən öhdəlikləri icra etməsə təhdidedici dövlət olaraq qalacaq.

“Rusiya qonşu ölkədir və Azərbaycan bu ölkə ilə normal əlaqələrin inkişafında daima maraqlıdır. Amma, Rusiyaya müttəfiq və qarşılıqlı etimad müstəvisində əməkdaşlıq edən qonşu lazım deyil. Düşünürəm ki, Rusiyanın siyasətində ona tabe olan ölkə lazımdır”.

Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu