fbpx

Bəzi rayonlara avtobus reysləri təxirə salınıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakıdan Qəbələ, İsmayıllı, Oğuz, Quba, Qusar, Xaçmaz, Gədəbəy istiqamətinə olan avtobus reysləri hava şəraiti ilə bağlı təxirə salınıb.

İlgili Makaleler

Bu barədə Metbuat.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Bildirilib ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) qarlı hava şəraiti ilə əlaqədar regional mərkəzlərə avtonəqliyyat vasitələrinin, eləcə də sərnişinlərin təhlükəsiz hərəkətlərinin təmin olunması barədə tapşırıq verib.

Marşrut xətlərində istismar olunan avtobusların qış mövsümünə hazır vəziyyətə gətirilməsi, bunun üçün lazımi tədbirlərin görülməsi ilə bağlı daşıyıcılara əvvəlcədən xəbərdarlıq edilib.

Rayonlararası və şəhərlərarası müntəzəm marşrut xətləri üzrə avtobusların normal və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə daşıyıcılar təlimatlandırılıb.

Hazırda Bakıdan rayonlara səfər etmək istəyən sərnişin sayında azalma müşahidə edilir. AYNA tərəfindən istiqamətlər üzrə monitorinq aparılıb. Əksər istiqamətlər üzrə sərnişindaşıma həyata keçirilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bəzi #rayonlara #avtobus #reysləri #təxirə #salınıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu