fbpx

Bakı-Ələt-Qazax-Gürcüstan yolunda hərəkət qismən məhdudlaşdırılacaq

BEY.AZ informasiya agentliyi xəbər verir


Dekabrın 24-dən 25-nə keçən gecə Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 25-ci km-də (Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun qarşısında) avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq (yol bağlanmır).

Metbuat.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, buna səbəb yeni inşa edilən yerüstü piyada keçidinin aşırım hissəsinin quraşdırılmasıdır.

Qurum sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#BakıƏlətQazaxGürcüstan #yolunda #hərəkət #qismən #məhdudlaşdırılacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu