fbpx
Xəbərlər

Bakı-Gəncə qatarında gediş haqqı kəskin artıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Dəmir Yolları” QSC (ADY) sabahdan hərəkətini bərpa edəcəyi BakıGəncə sürət qatarında gediş haqqını artırıb. Məlumata görə, gediş haqqı standart yerlər üçün 10 manatdan 20 manata, biznes yerlər üçün isə 25 manatdan 33 manata çatdırılıb.

Bu barədə Metbuat.aza açıqlama verən “Azərbaycan Dəmir Yolları”nın rəsmisi bildirdi ki, qiymət artımına səbəb gediş haqları beynəlxalq məsləhətçi şirkətlərin ADY-nin maliyyə dayanıqlılığının təmin edilməsinə dair tövsiyələrinə uyğun olaraq dəyişdirilib.

“Biz səbəbi rəsmi olaraq yayımladığımız məlumatda əsaslandırmışıq. Yəni sərnişindaşımada bundan sonra əldə olunan gəlir artsa da, yeni tariflər hesabına xərcin yalnız bir qismini ödəmək mümkündür. Bu gün ADY sərnişin daşımalarında yaranan zərəri yüklərin daşınması hesabına əldə etdiyi gəlirlərlə qarşılayır”, – deyə səhmdar cəmiyyətinin rəsmisi bəyan edib.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu