fbpx

Bakı metrosunun növbəti stansiyasının tikintisindən

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakı metropoliteninin “bənövşəyi” xəttinin hazırda inşası davam edən stansiyasında növbəti mərhələ üzrə işlərə başlanılıb.

Bu barədə Metbuat.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, şərti olaraq “B-04” adlandırılan stansiya Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxanası arasında – Cəlil Məmmədquluzadə küçəsində yerləşəcək.

Qeyd olunub ki, avtomobil yolunun hər iki tərəfi nəzərə alınmaqla dörd istiqamətdə olacaq stansiya girişlərinin tikintisi inşaatın norma və qaydalarına uyğun – sonuncu mərhələdə yerinə yetiriləcək.

Stansiyada bir səviyyədən digərinə keçmək pilləkənlər və 19 eskalatorla mümkün olacaq. Müvafiq kateqoriyadan olan sərnişinlərin ehtiyacları da nəzərə alınıb. Onların xidmətinə üç lift veriləcək. Ümumən stansiyanın inşaat işləri müvafiq plana uyğun aparılır. Qeyd edək ki, “B-04” Bakı metropoliteninin 28-ci, xəttin isə beşinci stansiyası olacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bakı #metrosunun #növbəti #stansiyasının #tikintisindən

Bir Cevap Yazın

Başa dön tuşu