fbpx

Bakı-Quba yolunda ağır qəza: Bir ailənin üç üzvü xəsarət aldı

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakı-Quba yolunun 120-ci km-də, Şabran rayonundan keçən hissəsində avtoqəzada bir ailənin 3 üzvü xəsarət alıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini, 1968-ci il təvəllüdlü Bayram Cəlal oğlu Həsənov idarə etdiyi “Opel” markalı avtomobillə Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Gülnar Məmmədəli qızı Zeynalovanın idarə etdiyi “Hyundai Sonata” markalı avtomobil toqquşub.

Qəza nəticəsində 1968-ci il təvəllüdlü Bayram Cəlal oğlu Həsənov, həyat yoldaşı, 1975-ci il təvəllüdlü Samirə Şamil qızı Əliyeva və oğlu, 1993-cü il təvəllüdlü Fariz Bayramoğlu müxtəlif dərəcəli xəsarətlərlə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Samirə Əliyevanın vəziyyəti ağır olduğundan Sumqayıt şəhərindəki xəstəxanaların birinə göndərilib.

İlkin məlumata görə, hər iki avtomobil Bakı şəhəri istiqamətinə hərəkətdə olublar.

Faktla bağlı araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#BakıQuba #yolunda #ağır #qəza #Bir #ailənin #üç #üzvü #xəsarət #aldı

Bir Cevap Yazın

Başa dön tuşu