fbpx

Bakı-Quba yolunda dəhşətli qəza: 6 nəfər öldü

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakı-Quba yolunda mikroavtobusla “TIR”ın toqquşması nəticəsində xəsarət alan şəxs ölüb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, hadisə zamanı xəsarət alan “TIR”ın sürücüsü 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlu Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

11:00

YENİLƏNİB

Bakı-Quba yolunda mikroavtobusla TIR-ın toqquşması nətcəsində Mersedes-Vitada olan sürücü daxil olmaqla 6 nəfər həlak olub, TIR sürücüsü xəsarət alıb.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

10:54

Bakı-Quba yolunda mikroavtobusla TIR toqquşub, ölənlər və yaralılar var.

Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə Bakı-Quba yolunun 98-ci km-də, Sizyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mersedes Vita” markalı mikroavtobusla TIR toqquşub.

İkin məlumata görə, ölənlər və yaralılar var.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.

Bakı-Quba yolunda minik maşını TIR-la toqquşub, 6 nəfər ölüb - FOTO  - YENİLƏNİB

Bakı-Quba yolunda minik maşını TIR-la toqquşub, 6 nəfər ölüb - FOTO  - YENİLƏNİB





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#BakıQuba #yolunda #dəhşətli #qəza #nəfər #öldü

Bir Cevap Yazın

Başa dön tuşu