fbpx
Xəbərlər

Bakıda ən ucuz torpaq sahəsi buradadır – QİYMƏTLƏR

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Aparılan bazar araşdırmaları göstərir ki, Bakı şəhərinin mərkəzində torpaq sahələrinin həddən artıq məhdudlaşması tələb və təklifin strukturunun dəyişməsi ilə yanaşı, qiymətlərə də təsir edib.

Əmlak üzrə ekspert Elnur Fərzəliyev BEY.AZ-a bildirdi ki, hazırda ən ucuz torpaq sahələri Abşeron rayonunun Qobu qəsəbəsindədir. Ekspert deyir ki, həmin ərazilərdə torpağın sotu 2500- 3 min arasında dəyişir.

“Abşeronda Atyalı adlanan ərazilərdə də torpaq sahələri kifayət qədər ucuzdur. Həmin ərazilərdə olan torpaq sahələrinin çıxarışı yoxdur. Bu ərazilər daha çox neftli ərazi və kənd təyinatlı torpaqlar sayılır. Amma hazırda həmin ərazilərdə yaşayış massivləri salınıb. Orada torpağın təqribi qiyməti isə3 min manatdan başlayır və təxminən 5 min manat arası dəyişir”.

Elnur Fərzəliyev onu da qeyd etdi ki, Bakı şəhəri Binəqədi rayonunun kənar əraziləri və bəzi Bakı kəndlərində də ucuz torpaq sahələri tapmaq olar.

Aidə / BEY.AZ

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Bakıda #ən #ucuz #torpaq #sahəsi #buradadır #QİYMƏTLƏR

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu