fbpx
Xəbərlər

Bakıda 5 nəfərin öldüyü qəzanın bəzi təfərrüatları bilindi

BEY.AZ informasiya agentliyi xəbər verir


Ötən gün Bakıda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzasının bəzi təfərrüatları məlum olub.

Metbuat.az APA-ya istinadla xəbər verir ki, “Mercedes” markalı minik avtomobilinin ölən sürücüsü Goranboy rayon sakini 25 yaşlı Vüqar Abdullayev, onun sərnişinləri Goranboy rayon sakini 25 yaşlı Jalə Aslanova və Samux sakini 29 yaşlı Aytəkin Allahyarova Yeni il bayramı münasibəti ilə Bakıya gəzməyə gəliblərmiş.

Jalə Aslanova Vüqar Abdullayevin nişanlısı, Aytəkin Allahyarova isə xalası qızı olub.

Xatırladaq ki, ağır yol-nəqliyyat hadisəsi yanvarın 1-i paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb. Hadisə “Mercedes” markalı avtomobilin dirəyə çırpıldıqdan sonra “Toyota Prius”un qarşısına çıxması nəticəsində baş verib.

Qəza nəticəsində “Mercedes”də olan 3 nəfər hadisə yerində, “Toyota Prius”da olan 2 nəfər isə xəstəxanada vəfat edib. Ağır qəzada ölənlər sürücülər 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, 1994-cü il Pərviz Əlizadə, onların sərnişinləri 1994-cü il təvəllüdlü Aytəkin Allahyorava, 2001-ci il təvəllüdü Könul Namazova, 1997-ci il təvəllüdlü Jalə Aslanovadır.

Aytəkin AllahyarovaAytəkin Allahyarova, Jalə Aslanova



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bakıda #nəfərin #öldüyü #qəzanın #bəzi #təfərrüatları #bilindi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu