fbpx

Bakıda baş verən silahlı atışmada 3 nəfər yaralanıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədilər.

Metbuat.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.

“İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək. Rəsmi qurumun açıqlamasını gözləmək xahiş olunur”.

15:03

Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.

Bu barədə Metbuat.az-a TƏBİB-dən bildirilib.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

14:48

Bakıda silahlı insident olub, 3 nəfər yaralanıb.

Metbuat.az xəbər verir ki, bu barədə məlumat Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən təsdiqlənib.

Bildirilib ki, hadisə paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb.

Hadisə yerinə əməliyyat qrupu cəlb edilib.

“Hazırda faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək”, – DİN-dən bildirilib.







You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bakıda #baş #verən #silahlı #atışmada #nəfər #yaralanıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu