fbpx

Bakıda bayram günü 238 nəfər xəstəxanalara yeləşdirilib

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakıda bayram günü tibb müəssisələrinə 2660 çağırış daxil olub, onlardan 238 nəfəri paytaxt xəstəxanalarına yerləşdirilib.

Bu barədə Metbuat.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Bilriyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası 7/24 gücləndirilmiş iş rejimində xidmət göstərir. 103 çağrı mərkəzində və bölmələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub. Təcili tibbi yardım üçün 130 həkim briqadası fəaliyyət göstərir.

Qeyd olunub ki, bayram günü müraciətlərin sayı təxminən 300-ə qədər artıb: “Belə ki, 2022-ci il dekabrın 30-da ümumi çağırışların sayı 2 477, hospital olunanların sayı 233, dekabrın 31-də isə ümumi çağırış sayı 2 660, hospital olunanların sayı 238 olub. Çağırış səbəbləri, əsasən, arterial təzyiqin qalxması, kardioloji problemlər, travmalar, dispeptik əlamətlər, respirator xəstəliklər və s. ilə bağlı olub. Ənənəvi olaraq bayram günləri icra edilən çağırışların sayında nisbətən artım qeydə alınır. Bu isə əhalinin qeyri-iş günləri birbaşa olaraq təcili tibbi yardıma müraciət etməsi ilə əlaqədardır”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bakıda #bayram #günü #nəfər #xəstəxanalara #yeləşdirilib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu