fbpx

Bakıda bina ÇÖKDÜ: Dağıntılar altında qalanlar var / FOTO

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakıda tikilməkdə olan bina çöküb, 2 nəfər xəsarət alıb.

Bu barədə Metbuata.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində “City Garden” şirkətinin tikilməkdə olan binalarının birinin çökməsi barədə məlumat daxil olub.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsinin əməkdaşları tərəfindən hazırda hadisə yerinin müayinəsi həyata keçirilir.

İlkin məlumata görə, hadisə zamanı bir neçə şəxs xəsarət alıb.

Yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

“Kristal Abşeron” şirkətindən “Report”a bildirilib ki, tikilməkdə olan texniki binanın konstruksiyasında dəyişiklik olduğundan tikilinin ikinci mərtəbəsi şirkət tərəfindən sökülərək uçurdulub: “Nəticədə iki nəfər yüngül xəsarət alıb”.

13:20

Bakının Keşlə qəsəbəsində tikilməkdə olan bina çöküb.

Metbuat.az APA-ya istinadla xəbər verir ki, hadisə “City Garden” layihəsinin inşa olunan binalarından birində baş verib.

Dağıntı altında qalanların olduğu ehtimal edilir.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu