fbpx

Bakıda bu sürücülərə qarşı reyd keçirildi

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində qeyri-müntəzəm sərnişindaşıma ilə məşğul olan şəxslərə qarşı reyd keçirib.

BEY.AZ bu barədə RİNN-ə istinadən xəbər verir.

Məqsəd həmin daşıyıcıların oktyabrın 1-dən qüvvəyə minmiş icazələr əsasında fəaliyyət göstərməyə cəlb edilməsi, bu barədə maarifləndirilməsidir.

Qeyd olunub ki, qanunvericiliyin tələbinə əsasən ölkə daxilində qeyri-müntəzəm sərnişindaşıma, eləcə də yükdaşıma ilə məşğul olan şəxslər mütləq qaydada buraxılış vəsiqəsi əldə etməlidirlər. Buraxılış vəsiqəsi AYNA tərəfindən 7 il müddətinə verilir və bunun üçün heç bir ödəniş tələb olunmur.

Qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsini müvafiq sənədləri elektron qaydada AYNA-ya təqdim edərək almaq mümkündür. Bunun üçün agentlik “AYNA” İnformasiya Sisteminin “Daşıyıcılar” altsistemini istifadəyə verib. İstifadəçilər “e-xidmet.ayna.gov.az” portalına daxil olaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçməlidirlər.

Ölkədaxili sifarişli daşımaların icazə əsasında tənzimlənməsində əsas məqsəd avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətləri istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə təhlükəsizliyin, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunmasıdır.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Bakıda #sürücülərə #qarşı #reyd #keçirildi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu